Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Doğru.az xəbər verir ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb.
Müzakirələr nəticəsində müraciətin Plenumun icraatına qəbul olunması barədə qərardad qəbul edilib.
Məsələyə mahiyyəti üzrə baxılması sentyabrın 3-nə təyin olunmuş Konstitusiya Məhkəməsi Plenumunun iclasında, tərəflərin iştirakı ilə baş tutacaq.
DOĞRU.AZ