Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
Doğru.az xəbər verir ki, Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 19-na təyin olunmuş iclasında baxılacaq.
DOĞRU.AZ