image-2000x150px
image-123
image-ads_atlas
image-21992_9imuxd5bgqbackend

Koronavirusa yoluxan qadın övladına toy etdi – FOTO

image-728x90px

Ağstafada övladına toy məclisi təşkil edən koronavirus xəstəsi məsuliyyətə cəlb olunub.

Doğru.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qırılı kənd sakini olan bir xanımın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanda övladı üçün toy mərasimi təşkil edib.

Ağstafa RPŞ əməkdaşları dərhal həmin ünvana gələrək qanunamüvafiq tədbirlər həyata keçirib. Toy mərasiminin keçirilməsi təxirə salınıb. Tibbi prosedurlar gözləməklə həmin xanımı xəstəxanaya yerləşdirib. Bundan başqa araşdırmalar zamanı məclisdəki qonaqların sayının Operativ Qərargahın müəyyən etdiyi saydan artıq olması və əksər qonaqların vaksinasiya olmaması da aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki