image-n1karobka_ads
image-123
image-68b7effd02e8bd42473a087fbackend

Krasnoyarskda İl-76 təyyarəsi məcburi eniş edib

image-ad_qayo_720x110px

Regional Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təyyarə Krasnoyarsk yaxınlığındakı Çeremşanka hava limanına məcburi eniş edib.

Doğru.az xəbər verir ki, departamentdən TASS-a verilən açıqlamaya əsasən, hazırda hava limanı təyyarənin təcili enişi ilə əlaqədar digər reyslər üçün bağlıdır.

“Təyyarənin Çeremşankaya enməsi faktını təsdiq edirik. Hazırda hava limanında fövqəladə hallar xidməti işləyir”, – Regional Nəqliyyat Nazirliyi İl-76 təyyarəsinin təcili enişi ilə bağlı sualları cavablandırarkən bildirib.

Qeyd edək ki, avqustun əvvəlində göyərtəsində 14 sərnişin olan DHC-6-400 təyyarəsi də Yujno-Saxalinsk hava limanına məcburi eniş etmişdi. Ekipaj havaya qalxdıqdan sonra nasazlıq aşkarlayaraq hava limanına qayıtmaq qərarı vermişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki