Krımda 24 iyun matəm günü elan edilib.
Bu barədə Krımın rusiyalı rəhbəri Sergey Aksenov özünün Telegram kanalında yazıb.
“Krım qardaş Sevastopolla birlikdə yas saxlayır. Bazar ertəsi respublikada bütün mədəni, idman və əyləncə tədbirləri ləğv edilir”, – Aksenov qeyd edib.
Xatırladaq ki, daha əvvəl Rusiya tərəfi Ukrayna qüvvələrinin kaset sursatları ilə ballistik raketlərlə Sevastopola hücum etdiyini bildirmişdi. Sevastopol qubernatoru Mixail Razvozjayevin sözlərinə görə, hücum nəticəsində ikisi uşaq olmaqla üç nəfər həlak olub.
“Yaralıların sayı artaraq 100-ə yaxındır. Bütün səhiyyə sistemi səfərbər olunub, həkimlər və tibb işçiləri iş başındadır. Əməliyyat otaqları yerləşdirilib. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir”, – deyə Razvozjayev bildirib.
DOĞRU.AZ