Kuba hakimiyyəti Qərbin Rusiyaya qarşı sanksiyalarını pisləyir.
RİA Novosti xəbər verir ki, bunu Kubanın baş naziri Manuel Marrero Kruz Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib.
ABŞ-ın Kubaya da məhdudiyyətlər qoyduğunu xatırladaraq, “Bildirmək istəyirəm ki, hökumətimiz Rusiyaya qarşı bu ədalətsiz sanksiyaları tamamilə pisləyir”.
Kubanın baş nazirinin sözlərinə görə, Qərbdə rusofobiya çiçəklənir və bu, Rusiya Federasiyası ilə bağlı hər şeyi gözdən salmaq vəzifəsini qoyur. O qeyd edib ki, Aİ-nin xarici əlaqələr üzrə rəhbəri Josep Borrell Kubaya səfəri zamanı ABŞ səfirliyində çıxış edib və “çıxışında daim Rusiyanın adını çəkib və bizi guya ölkəmizi Rusiyaya satmaqda ittiham edib”.

























