image-n1karobka_ads
image-123
image-17453941675642440038_1200x630backend

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən Doğru.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd axtarışı həyata keçirilib.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “54-BK-650” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə həmin istiqamətə hərəkət edən Masallı rayon sakinləri – 1996-cı il təvəllüdlü Mehrəliyev Namik Hamil oğlu, 1993-cü il təvəllüdlü Babayev Peyman Əhməd oğlu və Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Cavadov Məhəmməd Rəşid oğlu şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitəni götürmək məqsədilə əraziyə gəldikləri müəyyən olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki