Çoxsaylı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində böyük miqdarda marixuana və metadon həbləri aşkar edilib.
Doğru.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə tədbirləri nəticəsində 30 kiloqram 596 qram marixuana və 3200 ədəd metadon M-40 həbinin İran İslam Respublikasından Azərbaycana gətirilməsinin qarşısı alınıb.
Noyabrın 28-də “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram marixuana və 3200 metadon M-40 həbi aşkar olunub.
Dekabrın 3-də isə Lerik Rayon Polis Şöbəsi ilə birgə keçirilən əməliyyat zamanı 2003-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Mənsimov Elcan Eldəniz oğlu şübhəli şəxs qismində saxlanılıb, sərhəd ərazisində 21 kiloqram 66 qram marixuana götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DOĞRU.AZ





























