image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220329_104145_897backend

Latviya millisi də itkilərlə üzləşib

image-728x90px

Latviya millisi Azərbaycan yığması ilə yoldaşlıq görüşünə futbolçu itkiləri ilə çıxacaq.

Doğru.Az xəbər verir ki, bu barədə rəqib komandanın baş məşqçisi Daynis Kazakeviç oyundan əvvəl keçirdiyi mətbuat konfransında açıqlama verib.

41 yaşlı mütəxəssis bildirib ki, hazırda Finlandiya “Laxti”sində çıxış edən Eduard Emsis hazırlıqdan kənarda qalıb. Onun sözlərinə görə, 26 yaşlı dayaq yarımmüdafiəçisi matça hazır deyil.

Baş məşqçinin sözlərinə görə, daha bir neçə futbolçunun səhhətləri ilə əlaqədar problemləri var: “Bu gün bəzi oyunçular hərtərəfli tibbi müayinədən keçəcəklər. Zədəli futbolçular və potensial start heyət sarıdan çətinliklər yaşayırıq. Lakin mən matçın hazırlığına köklənmişəm”.

Qeyd edək ki, martın 29-da Maltanın Ta Qali şəhərindəki Milli Stadionda keçiriləcək Azərbaycan – Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki