image-2000x150px
image-123
image-ads_atlas
image-20150226_zaf_x99_103-pic905-895x505-46064backend

Latviyanın xarici işlər naziri ukraynalıları Avropa Günü münasibətilə təbrik edərək, Kiyevin Aİ-yə sürətləndirilmiş üzvlüyünə çağırıb

image-728x90px

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç deyib ki, o, Avropa Günü münasibətilə azadlıq və demokratiyaya dəyər verən bütün avropalıları, xüsusilə ukraynalıları “ürəkdən salamlayır”.

Onun sözlərinə görə, Latviya Ukraynanın Avropa Birliyinə gedən yolunu dəstəkləyir və onun tezliklə birliyə qoşulmasını istəyir.

“Avropa Gününü qeyd edərək, mən bütün avropalıları və xüsusən də ümumi dəyərlərimizi – azadlıq, demokratiya və insan haqlarını əzizləyən bütün ukraynalıları ürəkdən salamlayıram. Biz Ukraynanın tezliklə Aİ-yə üzv olmasını istəyirik”, – Rikneviç “Twitter” səhifəsində yazıb.

Latviya Xarici İşlər Nazirliyinin rəhbərinin qeyd etdiyi kimi, o, ukraynalıların “Avropanı müdafiə etmək” cəhdlərini dəstəkləyir.

Mənbə: Lenta.ru

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki