image-2000x150px
image-123
image-ads_atlas
image-lavrovbackend

Lavrovdan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı açıqlama

image-728x90px

“Rusiya Azərbaycana və Ermənistana sərhədlərin delimitasiya və demarkasiyası məsələlərində yardım təklif edib”.

TASS-ın məlumatına görə, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında çıxışı zamanı deyib.

“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə, Azərbaycan tərəfi bu insidenti delimitasiya və demarkasiya ediləcək sərhədin olmaması ilə əsaslandırdı. Orada heç kim heç vaxt bununla məşğul olmayıb. Tərəflərə bu cür işə başlamalarını təklif etdik. Bu işdə onlara həm kartoqrafik materialları, həm də konsultasiya xidmətləri göstərilməsində kömək etməyə hazırıq”, – deyə S.Lavrov bildirib.

Rusiya XİN rəhbəri həmçinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət ətrafında emosiyaların gərginləşməsi üçün heç bir səbəb olmadığını qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki