Yay turizm mövsümündə vətəndaşların çimərlik və istirahət zonalarına kütləvi axını nəzərə alınaraq Lənkəran və Lerik rayonlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Doğru.az xəbər verir ki, ictimai qaydanın qorunması, vətəndaşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və nəqliyyatın rahat hərəkətinin təşkili məqsədilə bölgədə polis əməkdaşlarının fasiləsiz xidmət rejimi təşkil olunub.
Canlı qüvvə və xidməti avtomobillərin sayı artırılıb, ərazidə nəzarət daha da gücləndirilib. Hazırda Lənkəran və Lerikdə polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
DOĞRU.AZ