image-n1karobka_ads
image-123
image-17637322643601760265_1200x630backend

Lənkəranda ANİMAFİLM festivalı keçirilib – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəranda bir sıra tədbirlərdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “ANİMAFİLM Lənkəranda” animasiya filmləri festivalında iştirak ediblər. Festivalda “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton”, “Yer və Ay” və “Bum-bum” filmləri nümayiş olunub.

Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bildirib ki, ilk dəfə geniş auditoriya qarşısında təqdim edilən “Bum-bum” filmi görkəmli Azərbaycan yazarı, Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında hazırlanıb, “Yer və Ay” qısametrajlı animasiya filmi isə Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalıdır. Nümayişdə iştirak edən Lənkəran rayonunun məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və təhsil alan şagirdlər animasiya filmlərini böyük maraq və müsbət əhvali-ruhiyyə ilə izləyiblər.

Qeyd edək ki, uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqəti ilə seçilən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu tədbir Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.

DOĞRU.AZ

image-1763732264366543506_1200x630 image-1763732264659322846_1200x630 image-17637322643493961655_1200x630 image-1763732264185116744_1200x630 image-17637322645783456918_1200x630 image-17637322645250612402_1200x630 image-17637322642873540190_1200x630 image-17637322643245364876_1200x630 image-17637322641666847941_1200x630 image-17637322646312913458_1200x630image-17637322642781754739_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki