image-n1karobka_ads
image-123
image-17237329405506042162_1200x630backend

Lənkəranda qanunsuz odlu silah saxlayan və ov edən şəxslər müəyyən edilib

image-ad_qayo_720x110px

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində təyin olunmayan yerdə V.Qurbanov adlı şəxsin qanunsuz olaraq ov etdiyi müəyyən olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saxlanılan şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz ovladığı çöl quşları aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 12 ədəd tüfəng aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki