Lənkəranın polis işçiləri yaralı əsgərlərə baş çəkdilərbackend

Lənkəranın polis işçiləri yaralı əsgərlərə baş çəkdilər

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları Şuşa şəhərinin işğaldan azad olunması və Dövlət Bayrağı Günü münasibətilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış və rayon mərkəzi xəstəxanasında müalicə alan əsgərlərə baş çəkiblər.

Doğru.az AZƏRTAC-a istinadən xəbər verir ki, yaralı əsgərlərə sovqat və digər hədiyyələr gətirən polis əməkdaşları, onları şöbənin kollektivi adından Şuşa şəhərinin işğaldan azad olunması və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, tezliklə sağlamlıqlarına qovuşmalarını arzu ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki