Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Şuşanın işğaldan azad olunması münasibəti ilə noyabrın 9-də Lerik şəhərinin mərkəzindəki Dövlət Bayrağı meydanından Şəhidlər Xiyabanna yürüş keçirilib
Doğru.az xəbər verir ki, yürüşdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Millət vəkili İqbal Məmmədov, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri Dövlət Bayrağıdır. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənmiş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın Dövlət Bayrağı elan edilib.R.Bağırov çıxışlarında bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanması kimi müqəddəs vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyin ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini, bu ənənənin ölkə rəhbəri cənab İlham Əliyevin və Mehriban Əliyevanın şərəflə davam etdirdiyini bildirib.
Çıxış edən Mİllət vəkili İqbal Məmmədov Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin uğurlarından danışıb, xalqımızı Dövlət Bağrağı Günü və Şuşanın azad olması münasibətilə təbrik edib:” Bayrağı parça olmaqdan çıxaran və müqəddəs edən onun mənəvi dəyəridir. Bayrağımızı sonsuz sevməli və əbədi qorumaq üçün bütün fədakarlıqları göstərməliyik. Hər birinizin bayramını ürəkdən təbrik edir,ən xoş arzularımı bildirirəm” deyə millət vəkili əlavə edib.Şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyən yürüş iştirakçıları Ali Baş Komandanımızla fəxr etdiklərini, hər zaman onun ətrafında sıx birləşdiklərini bildiriblər. Azərbaycan və Türkiyə bayraqlarının birgə dalğalandığı Yürüşdə “İki Millət bir dövlətik”,
“Yaşasın Azərbaycan”, “Qarabağ Azərbaycandır” , “Bir kərə yüksələn bayraq bir daha enməz”- şüarları səslənib.





























