image-n1karobka_ads
image-123
image-lerikbackend

Lerikdə qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb – FOTO

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Doğru.az“-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib.

Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

DOĞRU.AZ

image-img-20231208-wa0043

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki