image-n1karobka_ads
image-123
image-1758564789718backend

Lerikin zəhmətkeş oğlu Pərviz – İlqam Cəbiyev yazır

image-ad_qayo_720x110px

Lerik Azərbaycanın cənnət guşələrindən, uzunömürlülər diyarından biridir. Burada təbiət o qədər gözəldir ki, insana sanki yeni nəfəs, yeni həyat bəxş edir. Dağların ətəyində yağan narın yağışın saflığında ruh sakitlik tapır.

Bu gözəl torpaqda zəhməti ilə seçilən Pərviz qardaşım xüsusi qeyd olunmalıdır. O, kəndin zəhmətsevər insanlarını simvolizə edir. Allah onun timsalında bütün zəhmətkeş qardaşlara güc-qüvvət versin.

Qonşu kənddən qayıdarkən gözümə bu mənzərə dəydi. Elə ürəyimcə gəldi ki, dayanıb çəkdim. Bu mənzərə də Pərviz qardaşım kimi, saf zəhmətin və təbiətin gözəlliyini özündə birləşdirirdi.

Çəkdiyim videoda həm Lerik təbiətinin möhtəşəmliyini, Pərviz qardaşımızın gündəlik fəaliyyəti isə bu diyarın ruhunu, səmimiyyətini və fədakarlığını göz önünə sərir.

İlqam Cəbiyev

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki