image-n1karobka_ads
image-123
image-leyla3jpg-1718605843backend

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib – FOTO

image-ad_qayo_720x110px

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımının şahidi olmuş Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib.

Doğru.az xəbər verir ki, əklil mərhumun məzarı önünə qoyulub.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva dünən uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırımı zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. D.Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.

DOĞRU.AZ

image-durdanee

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki