image-n1karobka_ads
image-123
image-1747122621942backend

Leyla Həsənovanın ilk kitabı təqdim olundu – “Çəhrayı Mum sərgüzəştləri” – FOTO

Həvəskar yazıçı Leyla Həsənovanın “Çəhrayı Mum sərgüzəştləri” adlı ilk kitabının rəsmi təqdimat mərasimi Libraff Park Akademiyada baş tutub. Tədbirin təşkilati dəstəyini Adalia Beynəlxalq Qadın Platforması təmin edib.

Doğru.az-ın məlumatına görə, təqdimatda media nümayəndələri, oxucular, ədəbiyyatsevərlər və tanınmış simalar iştirak ediblər. Qonaqlar çıxış edərək müəllifin yaradıcılığı, kitabın ideyası və verdiyi mesajlar barədə fikirlərini bölüşüblər. Onların iştirakı tədbirə rəng qatıb.

Leyla Həsənova mərasimdəki çıxışında kitabı sevimli qızı Zəhraya həsr etdiyini vurğulayıb. Onun səmimi sözləri alqışlarla qarşılanıb və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Hazırda “Çəhrayı Mum sərgüzəştləri” kitabı satışdadır və oxucular onu kitab mağazalarından əldə edə bilərlər.

DOĞRU.AZ

image-1747122500833 image-1747122576503 image-1747122666005 image-1747122538700

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki