Litvanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin ehtiyacları üçün müxtəlif modifikasiyalı 371 yük maşınının alınacağını açıqlayıb.
Bu barədə idarənin saytında bildirilir.
Qeyd olunur ki, müvafiq müqavilə ümumi dəyəri 216 milyon avro olan 371 yük maşını tədarük edəcək Veho Lietuva ilə imzalanıb.
“Müasir texnologiya ordumuza lazımi hərəkətliliyi təmin edərək logistik əməliyyatlara daha yaxşı hazırlaşmağa imkan verir” dedi nazir Arvydas Anusauskas.
Mənbə: TASS
Doğru.az

























