Londonda yeni uşaq onkoloji mərkəzinin tikintisi zamanı maraqlı hadisə baş verib. Belə ki, 1991-ci ildə Şahzadə Diana tərəfindən Great Ormond Street Uşaq Xəstəxanasının binasının təməlinə qoyulmuş vaxt kapsulu vaxtından əvvəl üzə çıxarılıb.
Doğru.az xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, torpağa basdırıldıqdan 30 ildən çox vaxt keçdikdən sonra açılan kapsulda həmin dövrün həyatını əks etdirən on müxtəlif əşya tapılıb.
Kapsulda Kylie Minogue-un Rhythm of Love albomunun CD-si, təkrar emal edilmiş kağız vərəqi, Britaniya sikkələri kolleksiyası, pasport, günəş enerjisi ilə işləyən kalkulyator, cib televiziyası, qar dənəciyinin holoqramı, beş ağac toxumu, Diananın fotoşəkili və The Times qəzetinin bir nüsxəsi var.
Xatırladaq ki, vaxt kapsulundakı əşyalar müsabiqə nəticəsində seçilmiş, seçimdə isə şahzadənin övladları da iştirak etmişdilər.
Bundan əvvəl məlum olmuşdu ki, Şahzadə Diananın paltarı Los-Ancelesdə keçirilən hərracda 520 min dollara satılıb.
DOĞRU.AZ