“Loqos” Psixoloji və Nitq Mərkəzi, fəaliyyətini daha geniş kütləyə çatdırmaq məqsədilə 18 avqust 2025-ci il tarixindən etibarən Real TV-də “Danışır psixoloq” adlı yeni verilişi ilə tamaşaçıların qarşısına çıxacaq. Veriliş tanınmış aparıcı Vasif Akiflinin təqdimatında, həftəiçi 5 gün canlı yayımlanacaq.
Qeyd edək ki, Vasif Akifli Türkiyənin tanınmış xəstəxanaları və səhiyyə sahəsində hazırlayıb, təqdim etdiyi tibbi televiziya verilişlərindən sonra fəaliyyətini Azərbaycanda “Loqos” Psixoloji və Nitq Mərkəzinin “Mətbuat və İnformasiya Şöbəsi”nin rəhbəri, eyni zamanda “Real FM 107” radiosunda aparıcı, tibbi ekspert kimi davam etdirir.
Verilişin əsas məqsədi psixoloji sağlamlıq, uşaqlarda və yeniyetmələrdə psixoloji inkişaf, ailədaxili münasibətlər, nitq problemləri və gündəlik həyatda qarşılaşdığımız psixoloji mövzuları müzakirə edərək, cəmiyyətin maarifləndirilməsinə dəstək olmaqdır. Verilişdə “Loqos” Psixoloji və Nitq Mərkəzinin təcrübəli mütəxəssisləri ilə yanaşı, sahə üzrə dəvət edilən qonaqlar, canlı telefon bağlantıları da olacaq.
İzləyicilər verilişlə bağlı suallarını və müraciətlərini *4648 qısa nömrəsi vasitəsilə birbaşa zənglə daha rahat şəkildə ünvanlaya biləcəklər.
“Danışır psixoloq” verilişi hər gün saat 16:00-da Real TV-də canlı yayımlanacaq.