Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nun Rusiya və ya Belarus təyyarələrini vurmaqla bağlı təhdidlərinə dair açıqlama verib.
Doğru.az xəbər verir ki, jurnalist Pavel Zarubinə verdiyi müsahibədə Lukaşenko “Cavab dərhal gələcək” deyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Rusiya hava məkanında uçan obyektləri vurmağa cəhd edənlər bundan ciddi şəkildə peşman olacaqlar.
DOĞRU.AZ