image-n1karobka_ads
image-123
image-20230617_gaf_rk68_209-pic_32ratio_900x600-900x600-47883backend

Macarıstan Avropa Parlamentinə seçkilərin Ukraynaya sülh gətirəcəyinə ümid edir

Budapeşt ümid edir ki, Avropa Parlamentinə seçkilər Ukraynada sülh üçün mövqeyini gücləndirəcək.

Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“İsveçin NATO-ya qoşulmasının gərginliyin artmasına səbəb olacağını düşünmürəm, lakin ümid edirəm ki, qarşıdan gələn Avropa Parlamenti seçkiləri sülh tərəfdarı siyasətçilərin mövqeyini gücləndirəcək”, – diplomat bildirib.

Onun fikrincə, sülh tərəfdarı siyasətçilərin Avropada keçirilən milli seçkilərdə qalib gələ biləcəkləri məsələsi də münaqişənin həllində mühüm rol oynayır.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki