Macarıstan parlamenti Konstitusiyaya yalnız iki cinsi – kişi və qadını tanıyan düzəlişi qəbul edib.
Bu barədə TASS məlumat yayıb.
Dəyişikliyin lehinə 140 deputat, əleyhinə 21 deputat səs verib, bitərəf qalan olmayıb.
“Ailənin əsasını nikah və valideyn-övlad münasibətləri təşkil edir. İnsan ya kişidir, ya qadındır. Konstitusiyanın yeni redaksiyada nikah və ailə ilə bağlı maddəsində “Ata kişi, ana qadındır” deyilir.
Bundan əvvəl Macarıstanın milli parlamentinə LGBT icmasının ictimai tədbirlərini qadağan edən qanun layihəsi təqdim edilib.
DOĞRU.AZ