Macarıstan Ukraynanın Avropa Birliyinə qəbul edilməsinin tarixi səhv olacağına inanır. Bu barədə Baş nazir Viktor Orbanın ofisinin rəhbəri Qergeli Qulyas bildirib.
Doğru.az xəbər verir ki, Qulyas Ukraynanın Aİ-yə üzvlük məsələsini şərh edərkən Budapeştin enerji siyasətinə heç kəsin qarışa bilməyəcəyini vurğulayıb:
“Macarıstanın enerjini kimdən və haradan alması, hətta o, Avropa Birliyinin üzvü olmasa belə, Ukraynanı maraqlandırmaz”.
Onun sözlərinə görə, Ukrayna Macarıstana elektrik enerjisi tranzitinə görə minnətdar olmalıdır. Əksinə isə Ukrayna Silahlı Qüvvələrinin Macarıstan və Slovakiyaya gedən “Drujba” neft kəmərinə hücum etdiyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova da “Drujba” kəmərinə yeni hücumun baş verdiyini açıqlamışdı.
DOĞRU.AZ