image-2000x150px
image-123
image-ads_atlas
image-20220830_zaa_s197_376-pic_32ratio_900x600-900x600-90371backend

Macarıstanı Rosatomun iştirakı ilə Paks-2 AES layihəsinin həyata keçirilməsinə mane olmamağa çağırıb

image-728x90px

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto bildirib ki, Macarıstan hökuməti bir sıra digər ölkələrdən “Rosatom”un iştirakı ilə “Paks-2” AES-in tikintisi layihəsinə müdaxilə cəhdlərini dayandırmağı tələb edir.

TASS xəbər verir ki, bu barədə o, Budapeştdə “Rosatom”un baş direktoru Aleksey Lixaçevlə görüşdən sonra özünün “Facebook” səhifəsində (“Meta”nın sahibi Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) videomüraciətində bildirib.

Szijarto-nun sözlərinə görə, indiyədək Macarıstan nüvə sənayesinin sanksiyalara məruz qalmamasını təmin edə bilib. Eyni zamanda o qeyd edib ki, sanksiyalar “təkcə yazılı deyil, həm də yazılmamış formada” mövcuddur.

Diplomat xatırladıb ki, bəzi ölkələr Paks-2 layihəsini əngəlləməyə cəhd etməkdə davam edir və Macarıstan onların hərəkətlərini “öz suverenliyinə hücum” və “enerji təhlükəsizliyinə investisiya qoyuluşuna maneələr” yaratmaq kimi qiymətləndirir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki