Fransa prezidenti Emmanuel Makron Kiyevə kredit verilməsi üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı Belçikanın baş naziri Bart de Veverin mövqeyi ilə razılaşıb.
Doğru.az xəbər verir ki, Makron qeyd edib: “Aktivlər dondurulan zaman beynəlxalq hüquqa hörmət edilməlidir. Belçikanın baş naziri də bunu təkrarladı.”
Belga xəbər agentliyinin məlumatına görə, Belçikanın baş naziri Almaniya kansleri Fridrix Merzin dondurulmuş Rusiya aktivləri ilə Ukraynaya kredit vermək fikrinə qarşı çıxıb. O bildirib ki, üçüncü ölkənin mərkəzi bankı tərəfindən aktivlərə həbs qoyulması təkcə Belçika üçün deyil, bütövlükdə Avropa üçün təhlükəli presedent yarada bilər.
DOĞRU.AZ