image-n1karobka_ads
image-123
image-68bc5f9f02e8bd0e80225fc2backend

Makron Hindistan lideri ilə “istəklilər koalisiyası”nın nəticələrini müzakirə edib

image-ad_qayo_720x110px

Fransa prezidenti Emmanuel Makron Hindistanın baş naziri Narendra Modiyə “istəklilər koalisiyası”nın fəaliyyətinin nəticələri barədə məlumat verib.

Doğru.az xəbər verir ki, Makron bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.

“Modi ilə birlikdə gördüyümüz işin nəticələrini təqdim etdim… Zelenski və “istəklilər koalisiyasından” tərəfdaşlarımız cümə axşamı Parisdə”, – deyə Fransa lideri qeyd edib.

Qeyd edək ki, daha əvvəl Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov “istəklilər koalisiyası” layihəsini uğursuz adlandırmışdı. Ukrayna Ali Radasının sabiq deputatı Vladimir Oleynik isə bu təşəbbüsün arxasında qlobalistlərin dayandığını vurğulamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki