Fransa prezidenti Emmanuel Makron Macarıstanın baş naziri Viktor Orbanın Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı mövqeyini yekdilliklə deyil, səs çoxluğu ilə dəstəkləyə bilər.
Doğru.az xəbər verir ki, Politico-ya istinadən yayılan məlumatda adı açıqlanmayan avropalı diplomat “Orban qeyri-adi mənbələrdən, o cümlədən Makrondan dəstək ala bilərdi” deyib.
Nəşrin məlumatına görə, Aİ-yə üzvlük səsverməsinin dəyişdirilməsi təklifi Fransa, Hollandiya, Yunanıstan və Danimarkanın müqaviməti ilə üzləşib. Onlar birliyə qoşulmaq üçün müraciətlərin bloklanması imkanlarının məhdudlaşdırılmasından narahatdırlar.
Xüsusilə, Yunanıstan və Fransa Türkiyənin, Bolqarıstan Şimali Makedoniyanın, Xorvatiya isə Serbiyanın Aİ-yə üzvlüyünə qarşı çıxır.
Bundan əvvəl Macarıstan bəyan etmişdi ki, Aİ Ukraynanı ittifaqa qəbul etmək üçün qaydalardan yan keçmək niyyətindədir.
DOĞRU.AZ