Fransa prezidenti Emmanuel Macron Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trump və Çin prezidenti Xi Jinping barədə diqqətçəkən açıqlama verib.
Yunanıstana səfəri zamanı danışan Fransa lideri bildirib ki, bu ölkələrin rəhbərləri avropalılara qarşı sərt mövqe nümayiş etdirirlər.
Doğru.az xəbər verir ki, bu barədə France 24 telekanalı məlumat yayıb.
Makron qlobal səhnədəki mövcud qarşıdurmanın qiymətləndirilməməsinin təhlükəli ola biləcəyini vurğulayıb. O əlavə edib ki, Donald Tramp hər zaman etibarlı və proqnozlaşdırıla bilən olmasa da, ABŞ hələ də müttəfiq olaraq qalır.
DOĞRU.AZ

























