image-n1karobka_ads
image-123
image-68daf4e9ae5ac933716a7b7ebackend

Makron Trampın Qəzza planını dəstəklədi

image-ad_qayo_720x110px

Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın Qəzza zolağında münaqişəyə son qoymaq planına dəstək verib.

Doğru.az xəbər verir ki, Makron sosial şəbəkədə yazıb:
“Mən prezident Trampın Qəzzada müharibəni dayandırmaq və bütün girovları azad etmək öhdəliyini alqışlayıram”.

Fransa lideri vurğulayıb ki, Fələstinin HƏMAS hərəkatının qalan bütün israilli girovları azad etməkdən və Trampın planına əməl etməkdən başqa “seçimi” yoxdur.

Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu da Amerika liderinin planını qəbul etdiyini bəyan etmişdi.

Sentyabrın 29-da Ağ Ev Trampın Qəzza planını açıqlamışdı. Plan qoşunların çıxarılmasını, girovların azad edilməsini, həmçinin bölgədə Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin yaradılmasını nəzərdə tutur. ABŞ-ın təkliflərində Qəzza zolağının İsrail tərəfindən ilhaqı və ya işğalı məsələsi yer almır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki