image-2000x150px
image-makronbackend

Makrondan türkcə paylaşım: “Türkiyə xalqı, acınızı paylaşırıq”

image-728x90px

“Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun”.

Bunları Fransa Prezidenti Emmanuel Makron Türkiyə xalqına dəstək məqsədilə İstanbulda törədilən terror aktı ilə əlaqədar tviter hesabında yazıb.

“Millətimiz üçün çox mənalı olan bu gündə 13 noyabr 2015-ci ildə (Fransada törədilən terror aktlarında-red) həyatını itirənləri yad edərkən, Türkiyə xalqı İstanbuldan ürəyindən hücuma məruz qaldı. Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun. Terrorla mübarizədə sizinləyik”, – Makron türk dilində etdiyi paylaşımda vurğulayıb.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində bazar günü saat 16:20 radələrində partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81-i yaralanıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki