image-n1karobka_ads
image-123
image-68d93f1b02e8bd536a0b015dbackend

Marina Tauber: Moldovada seçicilərə təzyiqlər davam edir

image-ad_qayo_720x110px

Moldova parlamentinin deputatı, müxalifətdəki “Pobeda” blokunun təmsilçisi Marina Tauber ölkədə seçkilərlə bağlı vəziyyətin gərgin olduğunu bildirib.

Doğru.az xəbər verir ki, Tauber “Sputnik” radiosuna açıqlamasında seçicilərin sərbəst səsvermə imkanlarının məhdudlaşdırıldığını deyib. Onun sözlərinə görə, seçki məntəqələrinə gələn insanlara müxtəlif maneələr yaradılır, diaspor üzvlərinin səsverməsi ilə bağlı isə şübhəli hallar sənədləşdirilib.

Deputat bildirib ki, Dnestryanı bölgədən olan seçicilər də xüsusi olaraq əngəllənir:
“Biz insanların seçkiyə gəlməsi ilə bağlı hallar qeydə almışıq. Lakin onların necə və hansı üsulla diaspor vasitəsilə səs verdiyi aydın deyil. Dnestryanı sakinlərin səsverməsinə də hər vasitə ilə mane olunmağa çalışılır”.

Marina Tauber əlavə edib ki, seçki günü uzun növbələr yaradılaraq insanlara psixoloji təzyiq göstərilir:
“Onları azad səs verə bilməmələri üçün qorxutmaq məqsədilə müxtəlif bəhanələrlə təzyiqlər edilir. İnsanları təkcə Rusiya ilə əlaqələrə görə deyil, həm də cərimələr, həbslər və korrupsiya ittihamları ilə qorxudurlar”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki