image-2000x150px
image-123
image-ads_atlas
image-1620485345_1backend

Masallı sakini “Azəriqaz”dan şikayətçidir – VİDEO

image-728x90px

Masallı rayonu, Ərkivan qəsəbə sakini Sirac Zəkiyev Lənkəran Regional Qaz İstismar İdarəsindən şikayətçidir.

Doğru.az Asiya.az-a istinadən  xəbər verir ki, Sirac Zəkiyevin anası Marifə Zəkiyeva 10 il öncə vəfat edib. Vəfat etməmişdən qabaq onun “Azəriqaz”a 728 manat borcu olub. Marifə Zəkiyevanın vəfatından sonra “Azəriqaz”ın əməkdaşları onun adına olan qaz sayğacını ləğv edərək, evin qaz xəttini kəsiblər. Həmin vaxt Sirac Zəkiyev Bakı şəhərində yaşayırdı.

İki ildir ata yurduna köçən Zəkiyev Lənkəran Regional Qaz İstismar İdarəsinə müraciət edib. İdarədən onu yeni abunəçi kimi qeydə alaraq, sayğacla təmin ediblər. Sirac Zəkiyevin sözlərinə görə, həmin vaxtdan bu günə kimi istifadə etdikləri qaz sərfiyatını pulunu sayğaca uyğun ödəyir. Hazırda Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları heç bir sənəd, akt tərtib etmədən Sirac Zəkiyevin adına olan sayğacı kəsmək istəyirlər. Səbəb isə on il öncə vəfat edən anasının “Azəriqaz” tərəfindən ləğv edilən başqa bir sayğaca borcunun olmasıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki