image-2000x150px
image-123
image-ads_atlas
image-315519559_856778681997037_675639994513292506_nbackend

 Mask “Twitter”lə bağlı dəyişiklikləri təxirə saldı

image-728x90px

“Twitter Blue” premium abunəsinin yenidən işə salınması noyabrın 29-na planlaşdırılıb.

Bu barədə “Twitter” sosial şəbəkəsinin yeni sahibi, amerikalı milyarder İlon Mask özünün mikrobloqunda yazıb.

“(Abunəliyin) etibarlılığına əminlik üçün “Mavi Verified”in yenidən işə salınması noyabrın 29-na təxirə salınır”, – deyə o bildirib.

Sahibkar vurğulayıb ki, abunəliyin yenilənmiş versiyasında əvvəllər təsdiqlənmiş hesab adının dəyişdirilməsi mavi işarənin itirilməsi ilə nəticələnəcək və onu geri qaytarmaq yalnız sosial şəbəkənin yeni istifadəçi adının müqavilənin şərtlərinə uyğun olduğunu təsdiq etdikdən sonra mümkün olacaq.

“Twitter Blue” – abunəçilərə öz ehtiyaclarına uyğun olaraq premium funksiyalara çıxış imkanı verən aylıq ödənişli abunədir.

Bundan əvvəl “Washington Post” şirkət əməkdaşlarına göndərilmiş məktuba istinadən xəbər vermişdi ki, noyabrın 10-da “Twitter” başqa şəxsləri təqlid edən akkauntlarla bağlı problemi həll etmək üçün abunə satışını dayandırmaq qərarına gəlib.

Eyni zamanda, nəşr iddia edib ki, abunə satışına qoyulan məhdudiyyətə baxmayaraq, “Twitter Blue” sahibləri hələ də onun funksiyalarından tam istifadə edə bilirlər. Noyabrın 13-də isə Mask bildirdi ki, abunə satışları bu həftənin sonuna qədər bərpa oluna bilər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki