image-2000x150px
image-azercellbackend

Məcburi abunəlik, zəif sürət, balans oğurluğu… – “Azercell”dən şikayətlər durmadan artır

image-728x90px

Ölkənin mobil operator bazarından olan şikayətlər hər zaman bol olub. Bu sahədə problemlər olduğunu bilmək üçün “velosiped kəşf etməyə” ehtiyac yoxdur. Əhalinin böyük çoxluğunun gündəlik istifadə etdiyi bu xidmətlərin – istər telefon danışıqları, istər internet paketləri olsun, keyfiyyətsiz və baha olduğu göz qabağındadır, üstəlik, az qala hər 10 abunəçidən 8-i hansısa məsMəcburi abunəlik, zəif sürət, balans oğurluğu… – “Azercell”dən şikayətlər durmadan artırələdən şikayətçidir. Xüsusən son zamanlar “Azercell” mobil operator şirkətindən kütləvi narazılıqlara rast gəlmək olar.

AFN-in bu yöndə apardığı müşahidə və araşdırmadan, ayrı-ayrı şikayətlərdən, müştərilərin sosial mediada yazdıqlarından belə qənaətə gəlmək olar ki, “Azercell” abunəçilərini ciddi surətdə aldadır. Eyni zamanda, təkcə aldatmaq məsələsi deyil, vətəndaşlar problemlərini operativ həll edə bilmirlər, şirkətə edilən zənglər ya cavabsız qalır, ya da müştəri günahkar çıxarılır.

Ümumiyyətlə, “Azercell”in yaranmış problemdə özünü təqsirkar görməsi nadir hallardan biri ola bilər. Hətta az qala vətəndaşı avam yerinə qoyurlar, savadsız çıxarırlar, günahı müştərinin boynuna biçirlər. Lakin çox uzağa getmədən, elə sosial şəbəkələrdə yazılanlara, şirkətin öz feysbuk səhifəsində olan şikayətlərə gözucu nəzər yetirəndə aydın olur ki, “Azercell”dən necə bir total narazılıq var.

Bu da şübhəsiz ki, şirkətə etimadı və inamı azaldır, “Azercell” kimi nəhəng mobil firmanın reputasiyasını zədələyir və müştərilərinin ondan imtinasına gətirib çıxarır. Məsələn, son dövrlər xeyli sayda insan “Azercell” xidmətlərindən imtina edib, şirkətlə əməkdaşlığa son qoyub, nömrəsini bağlayaraq alternativ şirkətlərə müraciət etdiyini bildirib. Biz onlardan yalnız bir neçəsinin şikayətini təqdim etməklə ümumi mənzərənin nədən ibarət olduğu haqda təsəvvür yaratmaq istəyirik.

Şirkətin müştərisi olan Fəzail Həkimov “Azercell”in feysbuk hesabında şərh bölümündə yazıb: “Siz öz internet sürətinizdən danışın, 4G-yə çevrilib guya. Ulaya-ulaya işləyir”.

Digər abunəçi Rauf Həşimov da onunla həmfikirdir: “Azercell, siz deyirsiniz 4G-nin keyfini sürün. Mən isə 4.5G işlədirəm, zəhmət olmasa bunu düzəldin. Bu nə biabırçılıqdır…”

“Azercell” abunəçisi Həmidə Məhərrəmova isə fırıldaqla üzləşib: “Gün ərzində 3-4 dəfə iki qəpik çıxır. Səbəbini aydınlaşdırmaq üçün şirkətə zəng vuranda düşmək olmur, hələ konturun yarısı da orada yoxa çıxır”.

Cavad Abbasov yazır ki, “Azercell” sürətdən danışır, amma Bakının mərkəzində – Nərimanovda internet 4G-də sürünür: “Nə vaxt bu problemləri həll edib əsəbimizlə oynamaqdan yorulacaqsız?”

Həsən Abbas isə deyir ki, abunəçilərin şikayətinə baxılmır: “2019-cu ilin martından şikayət etmişəm, hələ də düzəlməyib. Birinci pandemiyanı ortaya atdınız, dediniz işçi azdır, sonra müharibə bölgələrini düzəltməyi araya soxdunuz. Sizin işiniz biz abunəçiləri narazı buraxmamaq olmalıdır. Çünki biz olmasaq, “Azercell” işləməz. İşləmirsinizsə, deyin elə sim nömrəmizi qıraq, ataq getsin”.

Vasif Səftarov qeyd edir ki, reklam etməklə deyil, ödənişin qarşılığında zay vəziyyətdə internet paket satırlar: “Öncə onu düzəldin. 18 mgb-lıq faylı 1 saatdır göndərmək olmur. Pulunu alırsınızsa, xidməti də göstərin!”

Polad Rəfiyev “Azercell”i soyğunçuluqda ittiham edir: “Siz əvvəlcə qoyduğunuz absurd qaydalarınıza düzəliş edin, müştərilərin cibinə girməyin. Mən 30 gb internet paketi almışam, iyunda 5 gb istifadə eləmişəm, 25 gb isə şirkət sıfırlayıb.

Bu da cəhənnəmə, hər ay avtomatik müştərinin tələbi olmadan 30 gb paket satırlar. Birincisi, doğru və ədalətli qayda odur ki, müştərinin istifadə etdiyi trafik həcmi qədər pul alınmalıdır. Əvvəldən pul alırsınız deyə pulun qalanı mənimsənilməlidir ki?!

Bəs qalan trafik niyə sıfırlanır? İkincisi, iyunda öz istəyimlə pul ödəyib paket almışamsa, o demək deyil ki, siz müştərini abunə edəsiniz. 1 manatlıq jurnala abunə eləmirsiz ee, söhbət 25 manatlıq xidmətdən gedir. Lazım olsa müştəri növbəti ay da alar”.

Göründüyü kimi, “Azercell”in xidmətlərindən narazılıq xirtdəyə qədərdir. Bizə inanmayanlar şirkətin sosial media platformasına göz atsınlar, yüzlərlə şikayət qarşınıza çıxacaq. Biz yalnız bəzilərini təqdim etmişik.

Onu da yada salaq ki, bir müddət əvvəl Azərbaycanın ən iri mobil rabitə operatoru, İsveç telekommunikasiya nəhəngi “TeliaSonera”nın törəmə şirkəti olan “Azercell”də aparılan yoxlamalar şok korrupsiya və maxinasiya faktlarını üzə çıxarmışdı.

Bir neçə il qabaq “Azercell”in ən qaranlıq və nüfuzlu adamı olan Samit Beytulla oğlu Həmidov (əslən Masallı rayonundandır) şirkətdən uzaqlaşdırıld.

Şübhəsiz ki, bu ad və soyad geniş ictimaiyyətə heç nə deməyəcək. Həm də ona görə ki, Samit Həmidov “Azercell”də birinci, yaxud ikinci şəxs deyildi, şirkətin geniş media reklam kampaniyalarında gözə dəyməyib və ictimaiyyətə açıq fiqur olmayıb. Lakin o, şirkətdə kifayət qədər böyük nüfuz və əlaqə sahibi olub.

S.Həmidov “Azercell”in yerlərdə antennalarının quraşdırılması işini həll edib. Bu məqsədlə icra başçıları ilə danışıqları aparan, antennalar üçün yer ayrılmasını “haqqını ödəməklə” həll edən də Həmidov idi.

S.Həmidovun biznesinə həmçinin nazirlər və digər yüksək vəzifəli məmurlar, onların ailə üzvləri və yaxınları, habelə imkanlı biznesmenlər üçün 211-lə başlayan “hökumət” telefon nömrələrini satmaq da daxil olub. Sonra rəhbərlikdə dəyişikliklər oldu, amma xidmət səviyyəsi qalxmadı. Müştəri şikayətləri də bunu təsdiqləyir.

Yazıda qeyd edilən məsələlərlə bağlı ümumiləşdirilmiş sual şirkətin mətbuat xidmətinə ünvanladıq. Qanunvericilikdə nəzərdə tutulan vaxt bitsə də, cavablar redaksiyamıza təqdim edilməyib. Suallarımız isə aşağıdakılardır:

1.Apardığımız müşahidələr, sosial şəbəkələrdə vətəndaşların gündəmə gətirdirdikləri problemlər deməyə əsas verir ki, “Azercell” şirkətinin fəaliyyətində ən çox narazılıq internet xidmətlərilə bağlıdır. Vətəndaşlar bir aylıq müvəqqəti aldıqları internet paketlərinə növbəti ayda məcburi abunə edildiklərini bildirilər. Bu problem nədən qaynaqlanır?

2.Abonentlərinizin ən çox narazılıq etdiyi məsələlərdən biri 4G xidmətidir. Sürətin zəifliyi isə etirazların əsas səbəbidir. Bu istiqamətdə hansı problemlər mövcuddur? 4G hazırda ölkə üzrə neçə faizi əhatə edir?

3.Müştərilər özlərindən xəbərsiz müxtəlif xidmətlərə qoşulduqdlarını, balanslarından qəpik-qəpik vəsaitlərin çıxıldığını deyirlər. İddialar doğrudurmu? Hansı xidmətlər balansdan vəsait çıxılmasına səbəb olur?

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki