image-n1karobka_ads
image-123
image-1748601606205704683_1200x630backend

Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edib – FOTO

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir.

Bu çərçivədə Mədəniyyət naziri Adil Kərimli mayın 30-da Siyəzən şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Qəbuldan əvvəl Adil Kərimli və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Ümummilli Lider Heydər Əliyevin Siyəzən şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan sakinlər də iştirak ediblər. Vətəndaşlar əsasən işlə təminat, əməkhaqqı məsələləri, müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi və mədəniyyət sahəsində müxtəlif təkliflərlə çıxış ediblər.

Nazir Adil Kərimli bütün müraciətlərin diqqətlə araşdırılacağını və müvafiq qanunvericilik çərçivəsində tədbirlər görüləcəyini bildirib. Şəhid ailələri və qazilərin müraciətlərinə isə xüsusi həssaslıqla yanaşılacağı vurğulanıb.

DOĞRU.AZ

image-1748601606890548984_1200x630 image-17486016062874528837_1200x630 image-17486016063487052587_1200x630 image-174860160686934894_1200x630 image-17486016064903043308_1200x630 image-1748601606444502436_1200x630 image-174860160690226087_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki