image-n1karobka_ads
image-123
image-17361461965348846286_1200x630backend

Mədəniyyət naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə əməkdaşlıq planlarını müzakirə edib

image-ad_qayo_720x110px

Bakıda Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayevlə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında rəsmi görüş olub.

Bu barədə AZƏRTAC-a BTA-dan məlumat verilib. Görüşdə tərəflər cari il üçün əməkdaşlıq planlarını müzakirə ediblər. Şahin Mustafayev BTA-nın ötənilki fəaliyyəti haqqında məlumat verib, qurumun elmi tədqiqatlar, nəşrlər və Türk dünyasının mədəni irsinin təbliği sahəsində həyata keçirdiyi mühüm layihələrdən danışıb.

Görüşdə mədəni əlaqələrin möhkəmləndirilməsinə və hər iki tərəfi maraqlandıran beynəlxalq layihələrə dəstək verilməsinə yönəlmiş təşəbbüslər müzakirə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki