Ermənistanda ictimai-siyasi vəziyyətin getdikcə daha da gərginləşdiyi bildirilib. Bu barədə Alpha News-un baş redaktoru, media eksperti Tiqran Köçəryan RT-yə verdiyi müsahibədə danışıb.
Doğru.az xəbər verir ki, Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə kilsəsinə müdaxilə cəhdlərinin gərginliyi artırdığını qeyd edib. Onun sözlərinə görə, Paşinyan hələ də ölkənin dini lideri – katolikosu vəzifəsindən uzaqlaşdırmaq niyyətindən əl çəkmir.
Ekspert bildirib ki, baş nazir köhnə erməni dilində olan kilsə nizamnaməsinin əvəzinə indiki erməni dilində yeni və sadələşdirilmiş sənədin hazırlanması təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. Hətta bu nizamnaməyə əsaslanaraq katolikos seçilməsini də təklif edir.
DOĞRU.AZ