image-n1karobka_ads
image-123
image-1756644572581078494_1200x630backend

Medianın İnkişafı Agentliyi ilə Sinxua agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən Doğru.az-a bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.

Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda iclas, seminar, praktiki məşğələ, təlim, konfrans və digər bu kimi tədbirlərin təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki