image-123
image-172019024287260324_1200x630backend

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub – FOTO

image-728x90px

İyulun 5-də Medianın İnkişafı Agentliyində (MEDİA) 2024-cü ilin ikinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüş təşkil olunub.

MEDİA-dan Doğru.az-a verilən məlumata görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov görüşdə qeyd edib ki, media subyektlərinə maliyyə dəstəyinin göstərilməsinin əsas məqsədi onların iqtisadi müstəqilliyini gücləndirmək, fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq, keyfiyyətli məzmun yaradılmasını təmin etmək, həmçinin cəmiyyət üçün vacib olan mövzularda maarifləndirmənin həyata keçirilməsində onlayn media subyektlərinin potensialını dəyərləndirməkdir.

Vurğulanıb ki, veb-saytların infrastrukturunun gücləndirilməsi və təhlükəsizliyinin təmin olunması istiqamətində işlər davam etdirilməlidir.

Onlayn media subyektlərinin rəhbərləri tərəfindən qeyd edilib ki, maliyyə yardımının göstərilməsi sayəsində son dövrdə veb-saytlara dair texniki məsələlərin əhəmiyyətli bir hissəsi həll olunub, bəziləri tamamilə fərqli formatda yenidən təqdim olunub, həmçinin jurnalistlərin əmək münasibətləri daha da nizama salınıb.

Görüşdə bəhs olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb, media subyektlərinin rəhbərlərinin təklifləri dinlənilib.

DOĞRU.AZ

image-17201902423555462507_1200x630 image-17201902422197958175_1200x630 image-1720190242170727857_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki