Mehriban Əliyeva: “Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”backend

Mehriban Əliyeva: “Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Milli Müstəqillik Günü ilə bağlı paylaşım edib.


Doğru.az xəbərinə görə, paylaşımda deyilir:


“Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”.

AZXEBER.COM


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki