“Mehriban Əliyevadan Ağdam təbriki” – FOTObackend

“Mehriban Əliyevadan Ağdam təbriki” – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

 Əziz həmvətənlər,
Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Qarabağ Azərbaycandır!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki