image-2000x150px
image-123
image-ads_atlas
image-1635490634_1635490620826backend

Meksikada turist avtobusunun dərəyə düşməsi nəticəsində 18 nəfər ölüb

image-728x90px

Meksikada turist avtobusunun dərəyə düşməsi nəticəsində 18 nəfər ölüb, RİA Novosti Nayarit ştatının prokurorluğuna istinadən xəbər verir.

İdarənin məlumatına görə, daha 33 nəfər xəsarət alıb. Qəza şənbə günü axşam Tepic əyalətinin paytaxtı ilə Puerto Vallarta şəhərini birləşdirən magistral yolda baş verib.

Qeyd olunur ki, avtobus Qvadalaxara şəhərindən Kompostela bələdiyyəsinin Rikon de Quayabitos şəhərinə gedirmiş.

“Cinayət Axtarış Xidmətinin əməkdaşları, prokurorluğun əməkdaşları və ekspertlər hadisə yerində 18 nəfərin, o cümlədən 7 kişi və 11 qadının meyitini aşkar ediblər”, – prokurorluq əlavə edib.

Mənbə: RİA Novosti

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki