image-n1karobka_ads
image-123
image-ap_18170553948825-pic905-895x505-62631backend

Meksikanın xarici işlər naziri Ebrard ABŞ senatorunu ölkə haqqında söylədiyi sözlərə görə irqçi adlandırıb

Meksikanın xarici işlər naziri Marselo Ebrard ABŞ-ın Luiziana ştatından olan respublikaçı senator Con Kennedinin irqçi olduğunu bildirib.

“El Universal” qəzeti xəbər verir ki, nazir siyasətçinin Latın Amerikası ölkəsinin şimal qonşusu olmasaydı, “qalaydan pişik yemi yeyərdi” açıqlamasına belə münasibət bildirib.

“Bu centlmen mənə cahil və irqçi görünür, o, senator olmaqdan utanmalıdır və təbii ki, biz ölkəmizi bütün yerlərdə, o cümlədən ABŞ Konqresinin Senatında müdafiə etməliyik”, – diplomat bildirib.

Mənbə: BBC.com

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki