image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220404_124647_769backend

“Mən kənarda kölgə axtarırdımsa, görün meydançadakılar necə əziyyət çəkirdilər” – Elmar Baxşıyev

image-728x90px

“Oyunun belə ağır keçəcəyini öncədən bilirdik. Həm də çox erkən oynayırdıq. Hər iki komanda üçün ağır idi. Biz meydandan kənarda dayansaq da, istini hiss edirdik. Ümid edirəm ki, qarşıdakı matçlarda bunu nəzərə alarlar. Oyun vaxtı da futbolçulara uyğun təyin edilər”.

Doğru.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 21-ci turunda bu gün “Keşlə” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesablı bərabəərliyi belə şərh edib: “İki fərqli hissə izlədik. İlk yarıda “Keşlə” daha çox üstünlüyə sahib idi. İkinci hissədə komandamız tempi artıra bildi və çoxsaylı epizodlar yaratdıq. Təəssüflər olsun ki, yararlana bilmədik. Ümumi götürəndə komandanın durumundan razıyam.

İnanıram ki, zədəli və cəzalı futbolçular komandaya qoşulandan sonra daha da optimal heyətə sahib çıxacağıq. Ümumilikdə, optimal heyətlə oynamırıq. Bir matçda İsnik Alimi, digərində Ruan Renato olmur. Fernan Lopes də yox idi. Bu, bizə təsir edir. Digər komandalara təsir etməyə bilər. Çünki ehtiyat futbolçuları çoxdur. Bizim üçün hər oyunçu dəyərdir. Əgər qara zolaqda olduğumuzu düşünürsüzsə, oyun ərzində 10 epizod yaradan komanda bu durumda ola bilməz. Hansısa konsentrasiyanın itməsi üzündən epizodları dəyərləndirməkdə çətinlik çəkirik. Komanda olaraq futbolçuların yanaşnması məni qane edir. İnanıram ki, daha artığını edə biləcək gücdəyik. Futbolçular da insandır. Onlara da çətindir. Mən kənarda belə kölgə axtarırdımsa, görün meydançadakılar necə əziyyət çəkirdilər. Yəqin ki, növbəti matçlarda nəzərə alınar”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki