Yüksək peşəkarlıq və fədakarlıqla göstərdikləri xidmətə görə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, tibb üzrə fəlsəfə doktoru, Səhiyyə əlaçısı Mircəlal Kazımi, Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov, Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsinin böyük tibb bacısı İlhamə Mirzəyeva, Təcili Tibbi Yardım şöbəsinin tibb bacısı Aytən Məmmədova və Texniki Təsərrüfat şöbəsinin texniki işçisi Rizvan Qasımov Gömrük İşini Aparan İcra Hakimiyyəti orqanının Fəxri fərmanı ilə təltif olunublar.
Təltiflər “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 66-cı maddəsinin 3-cü bəndi və “Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.8-ci yarımbəndi əsasında verilib, Mərkəzi Gömrük Hospitalının bir qrup əməkdaşının yüksək tibbi peşəkarlığı, qüsursuz xidməti və diqqətəlayiq nailiyyətləri kimi qiymətləndirilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla, bütün kollektiv təltif olunanları təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!
DOĞRU.AZ