image-n1karobka_ads
image-123
image-17479219681460032439_1200x630backend

Mərkəzi Seçki Komissiyası növbəti iclasını keçirib

Mayın 22-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sədrliyi ilə Komissiyanın növbəti iclası baş tutub.

Doğru.az xəbər verir ki, iclasın əvvəlində 2024-cü il martın 18-də keçirilmiş iclasın protokolu təsdiqlənib.

Daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Müzakirələrdən sonra MSK aşağıdakı dairələr üzrə dəyişikliklərə qərar verib:

42 saylı Sumqayıt birinci,

47 saylı Sumqayıt–Abşeron–Qaradağ,

58 saylı Xaçmaz kənd,

62 saylı Kürdəmir,

100 saylı Göygöl–Daşkəsən–Kəlbəcər,

108 saylı Ağstafa seçki dairələri.

Media nümayəndələrinin iştirak və geniş işıqlandırdığı iclasda həmçinin cari məsələlər müzakirə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki